Rusiya dəfələrlə qeyd edib ki, Qərbin uzaqmənzilli silahlarının Rusiya ərazisində istifadəsi NATO-nun Moskva ilə münaqişəyə birbaşa cəlb olunması demək olacaq. Bunu Rusiya prezidenti Vladimir Putin KTMT sammitində deyib.
“Biz dəfələrlə diqqəti cəlb etmişik ki, bu, bu ölkələrin silahlı münaqişəyə birbaşa cəlb olunması deməkdir, çünki NATO-nun müvafiq ölkələrinin hərbi personalı və hərbi mütəxəssislərinin birbaşa iştirakı olmadan bu silahlardan istifadə etmək sadəcə olaraq mümkün deyil”. Rusiya prezidenti xatırladıb.
“Bununla belə, münaqişənin gərginləşməsi təhlükəsi ilə bağlı xəbərdarlıqlarımıza baxmayaraq, ərazimizə zərbələr endirilib”, – Rusiya lideri bildirib. (Tass)