Pxenyanda Monnanqvan Qəbul Evində KXDR-in dövlət işləri üzrə sədri Kim Çen Inın adından Rusiya prezidenti Vladimir Putinin şərəfinə dövlət qəbulu başlayıb.
Qəbuldan əvvəl Cheyukkvon idman kompleksində iki ölkə liderlərinin iştirak etdiyi qala-konsert olub.
Qəbul zamanı Putin və Kim Çen Inın təntənəli tostlar səsləndirəcəyi gözlənilir.
“Bundan sonra səfər praktiki olaraq başa çatıb iki lider hava limanına doğru gedəcək və yol boyu Həyat verən Üçlük Kilsəsini ziyarət edəcəklər”, – Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir müddət əvvəl jurnalistlərə bildirib. Daha sonra Rusiya prezidenti Hanoy şəhərinə uçacaq. (Tass)