May 9, 2025-21:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qəbələdə qadınlarının toplantısı keçirilib

2023:10:08 - 10:22
in SOSİAL
A A
Qəbələ rayonunda müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Azərbaycan Qadınlarının VI qurultayına hazırlıq məqsədilə toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda Rayon İcra Hakimiyyətinin, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan, müxtəlif sahibkarlıq fəaliyyəti ilə məşğul olan və rayonun ictimai siyasi həyatında fəallığı ilə seçilən xanımlar iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhadətə yüksələn şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Ulu Öndər Heydər Əliyev və Azərbaycanda qadın siyasəti ilə bağlı son illər rayonda görülən işlər barədə məlumat verib, ölkəmizdə dövlət – qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması və bu siyasətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycan qadınlarının dövlət idarəçiliyində iştirakının ən ali təcəssümü Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında aydın görünür.

Çıxış edənlər Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakından danışıblar.

Sonda qadınların üzləşdiyi problemlər müzakirə olunub, təkliflər səsləndirilib.

Əvvəlki Yazı

Azərbaycan Mədəniyyət Mərkəzi “Muzeylərin uzun gecəsi“ layihəsində iştirak edir

Növbəti Yazı

Bakıda “Kalliqrafiya sənəti” sərgisi açılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.