Qəzza zolağının əhalisi üçün humanitar yardım aparan yük maşınları karvanı axşam saatlarında Rəfah keçid məntəqəsindən keçərək Fələstin anklavına daxil olub.
Onun sözlərinə görə, sektora təcili tibbi yardım, ərzaq və su çatdırılıb. Al Hadath telekanalını qeyd edib ki , karvanda bazar günü səhər sektora girə bilməyən 14 avtomobil var. Bundan əvvəl səhər saatlarında humanitar yardım daşıyan 17 avtomobilin anklav ərazisinə daxil olduğu bildirilib.
Daha əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirənin “Rəfah keçid məntəqəsini heç bir nöqtədə bağlamadığını, lakin İsrailin bombardmanlarının onun stabil fəaliyyətinə mane olduğunu” bildirmişdi. Onun sözlərinə görə, Misir hakimiyyəti öz növbəsində “Rəfah quru keçidinin dayanıqlı fəaliyyətini təmin etməyə” hazırdır. (Tass)