Qəzza zolağının əhalisi üçün humanitar yardım daşıyan ilk 20 yük maşını oktyabrın 20-də Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən keçəcək.
Fələstinin Maan agentliyinin verdiyi məlumata görə , humanitar yardımların ilk partiyasının Fələstin anklavına keçidinə BMT-nin baş katibi Antonio Quterreş nəzarət edəcək.
Keçid məntəqəsində hazırlığı yoxlayan yüksək səviyyəli Misir təhlükəsizlik rəsmisinin sözlərinə görə, “BMT-nin baş katibi humanitar yardım aparan 20 yük maşınının Qəzza zolağına daxil olmasına nəzarət etmək üçün sabah, cümə günü Rəfaha gələcək”. (Tass)