Avqust 18, 2025-9:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Qəbələ festivalında “Tbilisi Big Band” musiqi qrupu enerji dolu çıxışı ilə musiqisevərləri sevindirib

2025:07:28 - 10:32
in MƏDƏNİYYƏT
A A

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının qonaqları sırasında Gürcüstanın tanınmış “Tbilisi Big Band” musiqi qrupu da var. Festivalın proqramına uyğun olaraq, iyulun 27-də axşam “Qafqaz Resort” otelindəki açıq səhnə Gürcüstandan gəlmiş musiqi qrupunun ixtiyarına verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollektivin caz, ritm və enerji dolu əsrarəngiz çıxışı musiqisevərlərin ürəyincə olub və alqışlarla qarşılanıb.

“Tbilisi Big Band” musiqi qrupu Qəbələ festivalında üçüncü dəfədir iştirak edir. Professional musiqiçilərdən ibarət “Big Band” 1997-ci ildə yaradılıb və Gürcüstanın aparıcı kollektivlərindən biridir. Orkestr estrada ifaçılığı, xüsusilə də gürcü caz ənənələrinə sadiq qalaraq, son illər bir çox uğura imza atıb. Hazırda qrupun repertuarında müxtəlif janrları əhatə edən yüzlərlə əsər var. Buraya gürcü və xarici müəlliflərin vokal və instrumental kompozisiyaları daxildir. Musiqi qrupu 2006-cı ildə Monte Karloda keçirilən Beynəlxalq Caz Festivalında Qran-Pri mükafatına layiq görülüb. Orkestrlə birgə G.Şiller, B.Mintser, R.Ayers, İ.Butman, C.İzaak, D.Teffer kimi tanınmış musiqiçilər çıxış edib.

Festivalın proqramına uyğun olaraq, iyulun 28-də tamaşaçılara kamera musiqisi axşamı və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təqdim olunacaq.

Əvvəlki Yazı

“Yuvam” ilə eviniz və xatirələriniz qayğıkeş əllərdədir

Növbəti Yazı

Politico: ABŞ qoşunlarının üçdə birini Avropadan çıxara bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.