Cari ilin yanvarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, həmçinin fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 15 milyon 343,1 min manatlıq məhsul istehsal olunub.
Qəbələ Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 72,4 min manat və ya 7,8 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 12,7 faizi dövlət, 87,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İlin ilk ayında rayonda 3 milyon 218,3 min manatlıq sənaye məhsulu ixrac olunub.
Qurumdan verilən məlumata görə, rayonun sənayesi əsasən mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir.