Oktyabrın 24-də Qəbələ rayon Mədəniyyət Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının Qəbələ Xidmət şöbəsinin dəstəyi ilə işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, rayon sakinlərinin iştirak etdiyi əmək yarmarkasına 16 işəgötürən müəssisə tərəfindən 189 vakansiya təqdim edilib.
Yarmarkanın keçirilməsində əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi və uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.