İyul 31, 2025-1:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qəbələdə “Peşə təhsilinin şəhid məzunları” kitabının təqdimatı olub

2025:04:25 - 14:50
in SOSİAL
A A

Peşə Təhsili üzrə Dövlət Agentliyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsilinin şəhid məzunları” adlı tarixi-bioqrafik kitabın təqdimat mərasimi olub. Tədbirdə peşə təhsili almış Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, yaxın qohumları, rayon icra hakimiyyətinin, təhsil sektorunun nümayəndələri, Mərkəzin mühəndis-pedaqoji heyəti və tələbələri iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Peşə Təhsil Mərkəzindən məlumat verilib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Balakişiyevin təşəbbüsü ilə ərsəyə gələn “Peşə təhsilinin şəhid məzunları” adlı tarixi-bioqrafik kitab barədə məlumat verib. Bildirilib ki, kitabda respublikanın peşə təhsili müəssisələrindən məzun olan və torpaqlarımızın erməni təcavüzündən azad edilməsi üçün canlarından keçərək şəhidlik zirvəsinə ucalan 570 qəhrəman oğulun həyatı, onların döyüş yolu barədə maraqlı oçerklər toplanıb. Direktor peşə təhsilinin şəhid məzunlarına həsr edilən kitabın Zəfər tariximizə bir töhfə olduğunu vurğulayıb.

Şəhidlərin valideynləri kitabın ərsəyə gəlməsində əməyi olan bütün qurumlara təşəkkür edərək, şəhid oğullarının Vətən qarşısındakı xidmətlərindən qürur duyduqlarını söyləyiblər.

Sonra Peşə Təhsil Mərkəzinin müəllimlərinin ifasında Vətənə, şəhidlərimizə aid şeirlər təqdim olunub, videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda təqdimatı keçirilən kitab şəhid ailələrinə və yaxınlarına təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Əvvəlki Yazı

Tramp Ukraynada münaqişənin uzun müddət davam etməyəcəyinə inanır

Növbəti Yazı

NDU-da “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.