Avqust 25, 2025-22:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Qərb regionda sabitliyi və təhlükəsizliyi pozan meyilləri gücləndirir ŞƏRH

2024:10:14 - 14:43
in SİYASƏT
A A

Gürcüstanda keçiriləcək parlament seçkiləri fonunda baş verə biləcək hadisələr həm Rusiyanı, həm də ABŞ başda olmaqla Qərb dairələrini həyəcanlı vəziyyətə salıb. Gürcüstanın son illərdə təhlükəsizlik problemləri səbəbindən Qərb kimi müttəfiqini tədricən tərk edib Rusiya oxuna faktiki yaxınlaşması seçki və onun nəticələri fonunda dramatik problemlər ortaya çıxarır. Gürcüstandakı seçki Rusiya-Qərb geosiyasi qarşıdurmasının qlobal hədlərinin yüksəldiyi dövrə təsadüf edir ki, bu da faktiki olaraq seçki prosesini nüfuz rəqabətinin çərçivələrinə salır. Gürcüstanda Qərbin maliyyələşdirdiyi və təşkilatlandırdığı institutlar vasitəsilə güclü etiraz aksiyalarının təşkili əsas baza statusunu təşkil edir. Bazanın elementləri sırasında etirazların nəticə verməyəcəyi təqdirdə, kütləvi iğtişaşların başladılması və sonrakı mərhələdə vətəndaş itaətsizliyinin yaradılması formulları dayanır. Gürcüstandakı seçki prosesi rəsmi Tbilisini çətin vəziyyətə salır və Qərb çalışır ki, istədiyini almasa, ölkəni uzunmüddətli mənfi nəticələrə hazırlasın. Bu amil də Cənubi Qafqaz regionunda sabitliyi və təhlükəsizliyi pozan meyilləri gücləndirir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov səsləndirib.Onun sözlərinə görə, Qərb Azərbaycana qarşı təzyiq rıçaqları silsiləsində Gürcüstanın da iştirak etməsini istəyir. Ancaq hazırda rəsmi Tbilisi ilə Bakı arasındakı əlaqələr strateji tərəfdaşlığa və qarşılıqlı hörmətə söykənir. Azərbaycanla Gürcüstan arasındakı əlaqələrdə iqtisadi dinamika, regional və beynəlxalq layihələrdəki birgə iştirak münasibətləri möhkəmləndirir. Gürcüstanın hazırkı hökuməti də bu işin daha da inkişaf etdirilməsi üçün fəal çalışır. Gürcüstanda baş tutacaq seçki fonunda iğtişaşların başlanğıcını hələ bir neçə ay öncə müşahidə etmişdik və bu proses seçkilərin nəticələrinə hazırlıq məşqi idi. Artıq aşkar şəkildə müşahidə edilir ki, Qərb seçki prosesini pozmağa və bununla da ümumilikdə regionda problemli vəziyyət yaratmaq tendensiyalarının inkişafında davam edir.Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Cənubi Qafqazda Ermənistanla yanaşı, Gürcüstan üzərindən də Rusiyaya qarşı “demokratiya zəngi”nin səsinin yüksəldiyini qeyd edən siyasi şərhçi əlavə edib: “Bu amil Tbilisini Qərb cəbhəsinin içərisində tutmaq üçün ortaya atılmış ssenari idi. Təbii ki, bu nöqtədə Gürcüstan dövləti Qərbi sadiq müttəfiq kimi tanımaqdan imtina edir və əvvəlki illərdən fərqli olaraq Rusiya ilə öz maraqlarına uyğun yumşaq siyasət qurmağa meyillənir. Ukraynadakı müharibənin yaratdığı mürəkkəb geosiyasi şərait Qərbi Rusiya qarşısında çətinliklər burulğanına salır. Qərb belə olduğu təqdirdə, bunun əvəzini Gürcüstan vasitəsilə çıxmağa çalışır və Tbilisini də Rusiyaya qarşı mütənasib cavablar verməyə məcbur edir.Gürcüstandakı mövcud hökumətlə prezidentlik institutu arasında Qərb-Rusiya seçimi uğurundakı mübarizənin ruhu bu problemlərlə əlaqəlidir. Ancaq Gürcüstan hakimiyyətinin Rusiya orbitinə dönməsi barədə qərarlılıq nümayiş etdirməsi Qərbi seçki prosesində daha fəal işləməyə və “Gürcü Arzusu”nun qalib gələcəyi təqdirdə müxtəlif ssenarilər hazırlamağa vadar edir”.

 

 

 

Əvvəlki Yazı

Qərbin Azərbaycana təzyiqlərinin arxasında nə dayanır? ŞƏRH

Növbəti Yazı

Çin səfiri: Çin və Rusiya Federasiyası əməkdaşlığı gücləndirdikcə dünya müharibəsi olmayacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.