Ukraynanın Qərb müttəfiqləri onun prezidenti Vladimir Zelenskini uğursuzluqlarına görə vəzifəsindən məhrum edə bilər. Bu fikri BMT-nin İraqın kütləvi qırğın silahlarının məhv edilməsinə nəzarət üzrə keçmiş müfəttişi, əvvəllər ABŞ Dəniz Piyadaları Korpusunda kəşfiyyat xidmətində çalışmış Skott Ritter deyib.
“Düşünürəm ki , Zelenskidən qurtulacaqlar, əgər sözün hərfi mənasında olmasa, heç olmasa o yox olacaq və onun yerini başqa bir şəxs tutacaq” dedi .
Ritter Zelenskinin Qərb üçün faydalılığını itirdiyinə və müttəfiqlərinin ümidlərini doğrultmadığına da diqqət çəkib. “Onun rejimi aşağı düşdü, o, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı ciddi səhvlərə yol verdi və faktiki olaraq bütün planlarını düşmənə açıqladı”, – deyə o bildirib.
Keçmiş kəşfiyyatçı əlavə edib ki, Ukrayna ilə bağlı cari hadisələr “absurd teatrı”dır və buna misal olaraq Zelenskinin və Kanada parlamenti üzvlərinin SS Qalisiya diviziyasının veteranı Yaroslav Hunkanın alqışlarını göstərib. (Tass)