Ukrayna ərazisində nadir torpaq metallarının olması təsdiqini tapmayıb. Bu barədə İspaniyanın “El Mundo” qəzeti ABŞ Dövlət Departamentinin Ukraynanın yenidən qurulması üzrə qrupunun keçmiş yüksək vəzifəli üzvü Tayson Barkerə istinadən məlumat yayıb .
“Hazırda heç kim Ukraynada kifayət qədər nadir torpaq metallarına malik olub-olmadığını bilmir. Orada neft, qaz, litium və qrafit ehtiyatları var, baxmayaraq ki, onlar dünyanın ən böyükləri sırasında deyillər”, – Barker qeyd edib.
Nəşrin aprelin 18-də dərc etdiyi məqalədə qeyd edildiyi kimi, ABŞ prezidenti Donald Trampın etibar etdiyi Ukrayna resursları haqqında məlumatlar köhnəldiyi üçün Amerikanın heç bir böyük şirkəti dövlətlər arasında potensial razılaşmaya maraq göstərməyib. (İzvestia)