Avqust 18, 2025-3:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimatı olub

2025:07:17 - 16:00
in SOSİAL
A A

İyulun 17-də Ağdam rayonunun Quzanlı qəsəbəsində “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüblər. Sonra Ağdam Muğam Mərkəzinin foyesində Qərbi Azərbaycan mövzusuna aid rəsm və kitab sərgisinə baxış keçirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Qərbi Azərbaycanın tarixini, mədəniyyətini və bu torpaqlarda yaşamış azərbaycanlıların məruz qaldığı ədalətsizlikləri əks etdirən videoçarx nümayiş olunub.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Mansur Quliyev, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova və başqaları çıxış edərək, Qərbi azərbaycanlıların məruz qaldığı tarixi ədalətsizlikdən bəhs edib, kitabın əhəmiyyətindən söz açıblar. Kitabda qeyd olunan təkzibedilməz faktların tarixi əhəmiyyətli elmi tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəd olduğu vurğulanıb.

Bildirilib ki, kitab indiki Ermənistan Respublikası ərazisində vaxtilə azərbaycanlıların dəfn olunduğu 201 qəbiristanlığın peyk vasitəsilə tədqiqini, tarixi-müqayisəli təhlilini və monitorinqini özündə əks etdirir. Tədqiqatların aparılması üçün bir sıra ölkələrin kitabxanalarında saxlanılan XIX-XX əsrlərə aid hərbi-topoqrafik xəritələrdən, peyk təsvirlərindən istifadə edilib və müasir metodoloji təhlillərlə ərazidə mövcud olan qəbiristanlıqların monitorinqi həyata keçirilib.

Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmalarının, onların fundamental hüquqlarının bərpa və təmin edilməsinin ölkəmizin prioritetləri arasında olduğu vurğulanıb.

Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.

Əvvəlki Yazı

Beynəlxalq müsabiqə və festivallarda ölkəmizi layiqincə təmsil edən ifaçı – Səxavət Məmmədov

Növbəti Yazı

Babəkdə tingçilik sahələrində payız əkini mövsümünə hazırlıq görülür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.