İyun 8, 2025-13:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Qərbi Azərbaycan Xronikası: Tramp qayıtdı, Ermənistan üçün “əcəl zəngi” çalınır

2025:01:24 - 10:00
in SİYASƏT
A A

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Tramp qayıtdı: Ermənistan üçün “əcəl zəngi” çalınır” adlı süjetdə Donald Trampın ABŞ Prezidenti kimi atacağı addımların, verəcəyi qərarların dünyanın müxtəlif coğrafiyalarında proseslərin inkişafına necə təsir etməsindən bəhs olunur.

Bildirilir ki, əsas məsələ Tramp Amerikasının Cənubi Qafqaz siyasəti, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yanaşmasıdır. Bu, həm də Azərbaycanın Qarabağın azad edilməsindən sonrakı hədəflərinə – azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı, Zəngəzur dəhlizinin açılması və digər məsələlərə təsir edəcək amillərdir.

Qeyd olunur ki, keçmiş təcrübə – Trampın 2016-2020-ci illəri əhatə edən ilk prezidentlik dövründə baş verənlər və proqnozlar ABŞ-nin yeni administrasiyasının Azərbaycanla münasibətlərə xüsusi önəm verəcəyi gözləntisini ön plana çıxarır.

Amma bütün proqnozlar və gözləntilər Ermənistanın əleyhinədir. Belə ki, əgər Paşinyan hakimiyyəti indiyə qədər Qərbdə Bayden Amerikası və Fransa Avropasına bel bağlayır, Azərbaycanın haqlı tələblərindən onların dəstəyi ilə boyun qaçırırdısa, Tramp Amerikasının dövründə belə olmayacağı ehtimalı güclüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Əvvəlki Yazı

Şoyqu: Rusiya Federasiyası və Belarusun təhlükəsizlik konsepsiyası çətin qlobal şəraitdə zəruridir

Növbəti Yazı

Dövlət Agentliyinin sədri: Bu il peşə təhsili müəssisələrinə qəbul son on ilin ən yüksək göstəricisidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.