“Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçıları Kəngərli rayonunun Çalxanqala kəndində olublar.
“Report”un yerli bürosu xəbər verir ki, “Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçıları Çalxanqala kəndində deportasiyaya məruz qalmış soydaşlarımızla görüşüblər.
Qonaqlar Çalxanqala kənd mərkəzində Qərbi azərbaycanlılara məxsus müxtəlif məişət əşyaları, mətbəx nümunələtindən ibarət sərgiyə baxıblar.