İyun 21, 2025-11:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Qərbi Azərbaycanın tarixi şəxsiyyətlərinə həsr olunmuş sənədli film çəkilib

2024:12:28 - 13:35
in MƏDƏNİYYƏT
A A

Azərbaycanda Qərbi Azərbaycanın tarixi şəxsiyyətlərinə həsr olunmuş sənədli film çəkilib.

“Report” xəbər verir ki, “Qərbi Azərbaycanın tarixi şəxsiyyətləri” adlı film bu bölgənin Azərbaycan tarixində və mədəniyyətində əhəmiyyətli iz qoymuş görkəmli xadimlərindən bəhs edir.

Filmin məqsədi Azərbaycan xalqının zəngin tarixi və mədəni irsini geniş auditoriyaya çatdırmaq, həmçinin gənc nəsildə milli-mədəni dəyərlərə maraq oyatmaqdır.

Yaradıcı komanda Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin tarixini, mədəniyyətini və nailiyyətlərini araşdıraraq sənədli janrda unikal əsər yaradıb. Filmdə bu insanların Azərbaycan xalqının rifahı naminə töhfələri ətraflı açıqlanıb və milli kimliyin möhkəmləndirilməsində onların əhəmiyyəti göstərilib.

Filmin təqdimatları gənclərin iştirakı ilə Quba, Gəncə və Sumqayıt şəhərlərində keçirilib. Görüşlərdə iştirakçılar Qərbi Azərbaycanla bağlı dövlət siyasəti və tarixi yaddaşın qorunmasının əhəmiyyəti barədə məlumatlandırılıblar. Gənclər filmi izləyərək qəhrəmanların nailiyyətləri və irsi haqqında yeni biliklər əldə ediblər. İştirakçılar tarixi torpaqlarımıza qayıdacaqlarına əminliklərini vurğulayıblar.

Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilib.
Bu təşəbbüs milli irsin təbliği və gənclər təşəbbüslərinin inkişafında mühüm addım kimi qiymətləndirilib. Yaradıcı komanda filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirir.

Əvvəlki Yazı

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib – SƏRƏNCAM

Növbəti Yazı

ADAU-da korrupsiyaya qarşı mübarizə ilə əlaqədar tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.