İyun 13, 2025-2:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Qərbi azərbaycanlıların Qars köçü” sənədli filmi hazırlanır, “Zəngəzur” mahnısı ictimaiyyətə təqdim olunacaq

2025:06:11 - 12:04
in MƏDƏNİYYƏT
A A
QHT-lərin layihələri çərçivəsində “Qərbi azərbaycanlıların Qars köçü” mövzusunda sənədli film hazırlanır.

“Report” xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament direktoru Elnur Bağırlı “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə icra edilən layihələrə dair brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Ədəbiyyatı Fondu isə “Qərbi Azərbaycan əsərlərdə” layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatını edəcək:

“Builki yeni layihələrdə Qərbi Azərbaycan hekayələrinin daha təsirli vasitələrlə – musiqi, bədii əsərlər, ekran həlləri, sənətkarlıq nümunələri əsasında izahına üstünlük verilməsi müşahidə edilir. Monitorinq nəticələri bu üsullarda təbliğatın daha çox diqqət cəlb etdiyini göstərir”.

E.Bağırlı bildirib ki, yaxın günlərdə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində “Zəngəzur” mahnısı ictimaiyyətə təqdim olunacaq, radiolarda səslənəcək.

“Bu musiqi əsərini Azərbaycanın tanınmış sənətkarları ifa ediblər. Aşıqların konsert proqramları da Qərbi Azərbaycan nisgilini çatdıracaq. “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı”, “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir”, Azərbaycan Aşıqlar Birliyinin “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihələri bu qəbildəndir. Bundan başqa, “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil edəcək”.

Əvvəlki Yazı

Sahib Məmmədov: Ermənistan doğma vətənlərinə qayıtmaq istəyən azərbaycanlılar üçün süni çətinliklər yaradır

Növbəti Yazı

Rafiq Seyidzadə: Filarmoniyada meyxanaçıların konsertini təşkil edib işçilərin maaşını ödəmişəm – MÜSAHİBƏ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.