ABŞ prezidentinin xüsusi təyinatlı nümayəndəsi Riçard Qrenell etiraf edib ki, Qərbin Rusiyanı Avropada cilovlamaq planı Avropa ölkələrinin hazır olmaması səbəbindən iflasa uğrayıb.
“Biz əmin olmalıydıq ki, Avropa buna hazırdır, Avropanın rusların hər hansı bir hərəkətinə mane ola biləcək bir növ təhlükəsizlik zəmanəti və ya bir növ etibarlı təhdid var. Beləliklə, 2014-cü ildə biz [NATO müttəfiqlərinə] 2024-cü ilə qədər 10 il vaxt verdik ki, onlar döyüşə hazır vəziyyətdə olan hərbi qüvvələr yarada bilsinlər”.
Qrenell hesab edir ki, avropalı müttəfiqlər döyüş hazırlığının olmaması ilə ittifaqı zəiflətməməlidir. “Avropanı daha neçə dəfə xəbərdar etməliyik? Məncə, reallıq budur ki, NATO üzvü olmaq istəyirsənsə, etibarlı NATO üzvü olmalısan. Hazır olmamaqla NATO-nu zəiflətmə. Ödənişi verməyə başla və əsl ordu qurun”, – o deyib. (Tass)