Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla Qəzza zolağındakı vəziyyəti və anklavda münaqişənin həlli səylərini müzakirə edib. Bu barədə ərəb dövləti başçısının ofisi məlumat yayıb.
Bəyanatda deyilir ki, söhbət zamanı tərəflər “Qəzza zolağında və işğal olunmuş Fələstin ərazilərindəki vəziyyətə, həmçinin [Qəzza] zolağında müharibəyə son qoymaq üçün birgə vasitəçilik səylərinə” toxunublar.
ABŞ dövlət katibi avqustun 20-də axşam Dohaya qısa səfər edib və burada Qətərin Xarici İşlər Nazirliyində dövlət naziri Məhəmməd əl-Xulayfi ilə görüşüb. Çərşənbə günü gecə Blinken Əmirliyin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə telefon danışığı aparıb və o, İsrail və Fələstin HƏMAS hərəkatı arasında atəşkəs haqqında sazişin bağlanması üçün səyləri birləşdirməyə çağırıb. (Tass)