ABŞ prezidenti Co Bayden Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə zəng edərək Qəzza zolağında humanitar atəşkəs sazişinin icrasını müzakirə edib.
Bu barədə Əmirin dəftərxanası məlumat yayıb.
“Söhbət zamanı işğal olunmuş Fələstin ərazilərində baş verən son hadisələr, Qəzza zolağında İsrail və HƏMAS arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasının icrası, gərginliyin azaldılması və mülki əhalinin müdafiəsi üçün birgə beynəlxalq səylər müzakirə edilib”, – deyə məlumatda bildirilir.
(Tass)