Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani İran prezidenti Məsud Pezeşkianı əmin edib ki, ABŞ-ın Əl-Udeid bazası İrana qarşı istifadə edilməyib və olmayacaq.
Bu barədə Pezeşkianın mətbuat xidmətinin əmirlə telefon danışığından sonra verdiyi bəyanatda deyilir.
“Qətər, şübhəsiz ki, bu bazanın dost və qardaş İrana qarşı hər hansı hərəkətinin qarşısını alacaq”, – əmirin bəyanatında deyilir. (Tass)