Qətər Suriyanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləməyə çağırır. Bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
“O (Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ) [Rusiya ilə] əməkdaşlığı davam etdirmək və qarşılıqlı hörmət və iki xalqın maraqlarına riayət prinsipləri əsasında qarşılıqlı fəaliyyət qurmaq əzmindədir. Biz Suriyanın yeni hakimiyyət orqanlarının ölkənin ərazi bütövlüyü və suverenliyini təmin etmək istəyini dəstəkləməliyik”, – o deyib. (Tass)