Qətər hakimiyyəti İsrail ilə Fələstin radikal HƏMAS hərəkatı arasında 2023-cü ilin oktyabrında başlayan döyüşlər zamanı Qəzza zolağından 2 mindən çox insanın təxliyəsini təşkil edib. Bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani İspaniyanın xarici işlər naziri Xose Manuel Albareslə Madriddə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Münaqişənin əvvəlindən biz mənfi humanitar nəticələrin aradan qaldırılması üçün beynəlxalq səyləri dəstəkləmiş, eyni zamanda mülki əhalinin müdafiəsini təmin etməyə çalışmışıq. Qəzza zolağından yaralılar, xəstələr və onların ailə üzvləri, həmçinin humanitar yardım, qida və tibbi ləvazimatlarla birlikdə 115 təyyarə göndərilib”. (Tass)