Qəzza zolağında atəşkəsin birinci mərhələsinin şərtləri İsrail və Fələstin HƏMAS hərəkatı atəşkəsin ikinci mərhələsinin parametrləri ilə bağlı razılığa gələnə qədər qüvvədə qalacaq. Bu barədə Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə bildirib.
“Razılaşmaya əsasən, birinci mərhələnin parametrləri danışıqların davam etdiyi bir vaxtda [ikinci mərhələ üzrə] razılığa gələnə qədər tətbiq olunacaq”, – o bildirib. (Tass)