Qətər Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında anklavda əldə olunan atəşkəs razılaşmasının ilk 10 günü ərzində Qəzza zolağına 12,5 milyon litr yanacaq göndərəcək.
Bu barədə əmirliyin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Əlahəzrət Əmir Şeyx Təmim bin Həməd Al Taninin göstərişlərinə uyğun olaraq, Qətər Dövləti atəşkəs razılaşmasının qüvvəyə mindiyi ilk 10 gün ərzində Qəzza zolağına 12 milyon 500 min litr yanacaq çatdırmaq üçün quru körpüsünü işə saldı , gündə 1.250.000 litr”, – X-də dərc olunan bəyanatda deyilir. (Tass)