Qətər hakimiyyəti hesab edir ki, mövcud münaqişə bitdikdən sonra Fars körfəzi ölkələri regional təhlükəsizlik sistemlərini yenidən nəzərdən keçirməli olacaqlar. Bunu Baş nazirin müşaviri və Əmirlik Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Bu müharibənin ən vacib nəticələrindən biri [Fars] Körfəzində regional təhlükəsizlik sistemi konsepsiyasının məhv edilməsidir. Gördüyünüz kimi, təhlükəsizliklərini təmin etmək üçün sıx əməkdaşlıq edən region dövlətləri bu müharibədən sonra ortaq regional təhlükəsizlik sisteminin nə demək olduğunu yenidən qiymətləndirməli olacaqlar”, – deyə o, jurnalistlər üçün keçirilən brifinqdə bildirib. Diplomat əlavə edib ki, Ərəbistan monarxiyaları arasında müdafiə tərəfdaşlığı mövcud böhran dövründə artıq öz effektivliyini sübut edib. (Tass)
