Qətər Səudiyyə Ərəbistanının Ukrayna münaqişəsinin həlli üzrə səylərini dəstəkləyir və Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqları alqışlayır. Bu barədə brifinqdə baş nazirin müşaviri və əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Biz qardaş Səudiyyə Ərəbistanının bu istiqamətdə səylərini dəstəkləyirik və hazırda Ər-Riyadda gedən danışıqları alqışlayırıq”, – o, Qətərin Ukraynada nizamlanma üzrə danışıqlarda mümkün iştirakı ilə bağlı TASS-ın sualını cavablandırarkən deyib. (Tass)