Vasitəçilərin Qəzza zolağında atəşkəs təklifinə İsrail hələ də cavab verməyib. Qətər baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsarinin qeyd etdiyi kimi, İsrail tərəfinin Fələstin anklavında hərəkətləri yalnız vəziyyətin gərginləşməsinə gətirib çıxarır.
O, Qətər Xarici İşlər Nazirliyində keçirdiyi brifinqdə deyib: “İsrail hələ Qəzza zolağında atəşkəs təklifinə cavab verməyib. “Biz İsraildən Qəzza şəhərini işğal etmək niyyətində ifadə olunan eskalasiyadan başqa heç nə görmürük”, – əl-Ənsari əlavə edib.