Vasitəçilər Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında girovların azad edilməsi və yanvarın 19-da qüvvəyə minəcək Qəzza zolağında atəşkəs haqqında razılaşmanın bir dəfə də olsun pozulması faktını hələ qeydə almayıb.
Bu barədə Qətər Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Hazırda biz Qəzza zolağı ilə bağlı razılaşmanın bir dənə də olsun pozulması faktını qeydə almamışıq”, o, Qətərin “ Al Araby” telekanalına müsahibəsində deyib.