Dohada Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) ikigünlük 44-cü sammiti öz işinə başlayıb. Bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
“Bu gün mən qardaşlarımı – KƏŞ ölkələrinin liderlərini və nümayəndələrini Şuranın 44-cü Sammitində iştirak etmək üçün Qətərə gəlmiş hər kəsi salamlayıram. Bu sammit regionumuzun və bütün dünyanın ciddi problemlərlə üzləşdiyi bir vaxtda keçirilir. Körfəz ölkələri bu məsələlərin həllində mühüm rol oynaya bilər. Dövlətlərimizin iştirakı cari problemlərin həllinə və onların nəticələrinin yumşaldılmasına töhfə verəcək”, – Şeyx Təmim bin Həməd Al Tani əminliyini vurğulayıb.
Sammitə Körfəz ölkələrinin liderlərindən başqa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dəvət olunub. (Tass)