Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani Dohada Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyanın rəhbərlik etdiyi Həmas nümayəndə heyəti ilə görüşüb. Bu barədə Qətər Xarici İşlər Nazirliyi X-də məlumat verib.
Nazirlikdən verilən məlumata görə, tərəflər “Qəzza zolağında atəşkəs danışıqlarındakı son hadisələri müzakirə edib, həmçinin Zolaqda davam edən müharibəyə son qoyacaq aydın və hərtərəfli razılaşmanın hazırlanması məqsədi ilə irəliləmənin mümkün yollarını nəzərdən keçiriblər”. (Tass)