Qəzza zolağında öldürülən israilli girovlardan bəzilərinin cəsədləri dağıntılar altındadır və onların çıxarılması üçün ağır texnikaya ehtiyac olacaq. Bu barədə Qəzza rəsmilərinin mətbuat xidməti məlumat yayıb.
“Anklav ərazisinə ağır texnika və zibil təmizləyən avadanlıqların daşınmasına qoyulan qadağa HƏMAS döyüşçülərinin İsrailin bombardmanı nəticəsində həlak olan bəzi əsirlərin [girovların] cəsədlərini binaların dağıntıları altından çıxarmasına mane olur”, – mətbuat xidmətinin Telegram kanalında dərc olunan bəyanatında deyilir. (Tass)