2023-cü il oktyabrın 7-dən Qəzza zolağında davam edən hərbi əməliyyatlar nəticəsində azı 16 859 uşaq həlak olub. Bu məlumatı anklav hakimiyyətinin mətbuat xidməti Telegram kanalında dərc edib.
Onun sözlərinə görə, qurbanlar arasında 171 yeni doğulmuş və 710 1 yaşa qədər körpə var. Daha 36 azyaşlının qida çatışmazlığı səbəbindən öldüyü bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, sektorda 25973 uşaq valideynlərindən birini və ya hər ikisini itirib, 3500-ə yaxın uşaq isə aclıq həddində olub.
Qəzzanın Səhiyyə Nazirliyi bundan əvvəl bildirmişdi ki, ümumilikdə 41 495 fələstinli artıq anklavda şiddətlənən münaqişənin qurbanı olub, 96 006 nəfər isə yaralanıb. (Tass)