Fələstinin HƏMAS hərəkatı və müttəfiqləri 15 fevral şənbə günü üç nəfəri azad etməyi planlaşdırır: Rusiya Federasiyası, ABŞ və İsrail vətəndaşları.
Müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qrupunun nümayəndəsi Əbu Ubeydə yayıb.
“İsrail ilə mübadilə sazişinin bir hissəsi olaraq, biz şənbə günü, fevralın 15-də Aleksandr Trufanovu (Rusiya vətəndaşı , Saqi Dekel-Hen (ABŞ vətəndaşı ) və Yair Hornu azad etmək qərarına gəldik”, – Əbu Ubayda Telegram kanalında yazıb. (Tass)