2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ən azı 33 797 nəfər ölüb, 76 465 nəfər yaralanıb.
Bu barədə anklavın Səhiyyə Nazirliyinin Telegram kanalında dərc olunan məlumatda deyilir.
İdarənin məlumatına görə, son 24 saat ərzində sektorda 68 nəfər döyüş əməliyyatlarının qurbanı olub, daha 94 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə yerli tibb müəssisələrinə yerləşdirilib.
(Tass)