İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 34,1 min fələstinli həlak olub, 77 minə yaxını isə yaralanıb. Bu məlumatları Fələstin anklavının Səhiyyə Nazirliyi təqdim edir.
“İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 34 097 nəfərə çatıb, daha 76 980 nəfər yaralanıb”, – Səhiyyə Nazirliyinin rəsmi teleqram kanalında dərc olunan bəyanatda deyilir. Departamentin məlumatına görə, Qəzzada son 24 saat ərzində 48 nəfər ölüb, 79 nəfər yaralanıb. (Tass)