2023-cü ilin oktyabrından indiyədək İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 37,8 min fələstinli həlak olub. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Qəzza Səhiyyə Nazirliyinin Telegram kanalında yayımladığı hesabatda deyilir: “Ötən ilin oktyabrından bu yana İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 37 765 nəfərə yüksəlib, daha 86 429 nəfər yaralanıb. Departament əlavə edib ki, son 24 saat ərzində İsrail hərbçilərinin hərəkətləri nəticəsində 47 fələstinli ölüb, 52 nəfər yaralanıb. (Tass)