Qəzza zolağının Səhiyyə Nazirliyi son 24 saat ərzində Fələstin anklavında aclıq səbəbindən 8 nəfərin öldüyünü qeyd edib. Bu barədə nazirliyin Telegram-kanalında dərc olunmuş məlumatında deyilir.
“Beləliklə, aclıq və qidalanmadan ölənlərin ümumi sayı 235 nəfərə, o cümlədən 106 uşaqdır”, – deyə Səhiyyə Nazirliyindən bildirilib.
Nazirliyin son məlumatına görə, 2023-cü ilin oktyabr ayından bu yana anklavda davam edən münaqişənin qurbanlarının ümumi sayı 61 722 nəfərə çatıb, 154 000-dən çox insan xəsarət alıb. (Tass)