İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində azı 26 nəfər ölüb, 110-dan çox insan yaralanıb. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində Qəzzada 26 fələstinli həlak olub, 113 nəfər yaralanıb”, – idarənin Telegram kanalında dərc olunan bəyanatında deyilir. Səhiyyə Nazirliyi əlavə edib ki, 2023-cü ilin oktyabrından Qəzzada qurbanların ümumi sayı 50 695 nəfərə çatıb, daha 115 338 nəfər yaralanıb.(Tass)