Ötən ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 37,2 mini keçib, 85 mini isə yaralanıb. Fələstin anklavının Səhiyyə Nazirliyi belə məlumatları öz Telegram kanalında təqdim edir.
Departamentin xülasəsində deyilir: “Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 37 202 nəfərə çatıb, daha 84 932 nəfər yaralanıb”. Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrail hərbçilərinin hərəkətləri nəticəsində 38 fələstinli ölüb, 100 nəfər yaralanıb. (Tass)