Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağında 28 mindən çox insan həlak olub. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Onun məlumatına görə, “bu gün anklavda İsrail təcavüzü qurbanlarının sayı 28 064 nəfərdir”. Departamentin bəyanatında deyilir ki, eyni dövrdə – 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzzada İsrail qüvvələrinin bombardmanları və atəşi nəticəsində 67 611 fələstinli yaralanıb.