2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatların başlamasından bəri təxminən 35 min insan həlak olub. Bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib.
Onun sözlərinə görə, “bu günə qədər İsrailin təcavüzü nəticəsində həlak olanların sayı 34 943 nəfərə çatıb”. Eyni dövrdə Qəzzada 78 572 fələstinli yaralanıb.
Təkcə son sutka ərzində departamentin məlumatına görə, sektorda 39 ərəb həlak olub, 58 nəfər yaralanıb. (Tass)