İsrail qüvvələrinin blokada altındakı Qəzza zolağının müxtəlif bölgələrini artilleriya atəşinə tutması və havadan bombalaması nəticəsində son 24 saat ərzində əllidən çox fələstinli həlak olub. Bu məlumatı anklavın Səhiyyə Nazirliyi verib.
Onun məlumatına görə, “son 24 saat ərzində [İsrail] işğal ordusunun Qəzzada təşkil etdiyi hücumlarda 51 fələstinli həlak olub, 165 nəfər yaralanıb”. Departament qeyd edib ki, ümumilikdə, İsrail hərbi əməliyyatlarının başladığı gündən bu ilin 2 oktyabrına qədər “sektorda 41 689 ərəb öldürülüb, 96 625 nəfər yaralanıb”. (Tass)