Son 24 saat ərzində blokadada olan Qəzza zolağında İsrail qüvvələrinin anklavın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları zamanı yüzə yaxın fələstinli həlak olub. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində İsrailin sektora təcavüzü nəticəsində 99 nəfər ölüb, 169 nəfər yaralanıb”, – deyə departamentin açıqlamasında bildirilir. Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrında İsrail hərbi əməliyyatı başlayandan bu günə qədər “Qəzzada 41 788 nəfər həlak olub, 96 794 nəfər yaralanıb”. (Tass)