İsrailin Qəzza zolağının mərkəzində Nuseyrat fələstinli qaçqın düşərgəsinin mərkəzində 4 girovu azad etmək üçün keçirdiyi əməliyyatda ən azı 274 fələstinli həlak olub. Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qəzza Səhiyyə Nazirliyinin rəsmi Telegram kanalında yayımlanan bəyanatda deyilir: “İsrailin dünənki Nuseyrat düşərgəsindəki təcavüzü zamanı 274 nəfər həlak olub, 698 nəfər yaralanıb, qurbanlardan bəzilərinin vəziyyəti ağırdır”. (Tass)