İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrini bombalaması və atəşə tutması nəticəsində ölənlərin sayı 26 minə yaxınlaşır.Bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib.
Departamentin rəsmi Telegram kanalında dərc olunan mesajda deyilir: “Ötən ilin oktyabrından bəri İsrail təcavüzünün qurbanlarının sayı 25 900-ə çatıb, daha 64 110 nəfər yaralanıb”. Qəzza Səhiyyə Nazirliyi də “təkcə son 24 saat ərzində anklavda 200 nəfərin öldüyünü, ən azı 370 nəfərin yaralandığını” vurğulayıb. (Tass)