İsrailin 2023-cü ilin oktyabrında başladığı əməliyyatdan bəri Qəzza zolağında ən azı 29 300 nəfər həlak olub.
Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“Ötən il oktyabrın 7-dən bəri İsrail təcavüzü qurbanlarının sayı 29 313 nəfərə, yaralıların sayı isə 69 333 nəfərə çatıb”, – deyə departamentin Telegram kanalında yerləşdirilən mesajda deyilir. Məlumata görə, son 24 saat ərzində 118 nəfər ölüb, 163 nəfər yaralanıb. Qəzza zolağının Səhiyyə Nazirliyi qeyd edib ki, İsrail hərbçiləri dağıntılar altında qalan qurbanlara həkim və xilasedicilərin çatmasına icazə vermir. (Tass)