İsrailin apardığı müharibə Qəzza zolağı və İordan çayının qərb sahilində şiddətlənir. Bu barədə Fələstin hökumətinin kommunikasiya mərkəzinin dərc etdiyi hesabatda deyilir.
Fələstinin WAFA xəbər agentliyi sənəddən sitat gətirir : “Qəzza zolağında və İordan çayının qərb sahilində İsrailin Fələstin xalqına qarşı soyqırım müharibəsi genişlənir və yeni, ölümcül mərhələyə qədəm qoyur”.
Hökumət rəqəmlərinə görə, 2025-ci il martın 18-dən atəşkəsin pozulduğu vaxtdan bəri İsrail Qəzza zolağında 1827 fələstinlini öldürüb, daha 4828 fələstinlini yaralayıb. Bundan əlavə, 420 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb. “Səhiyyə sistemi dağıdılıb, çörək sexləri bağlanıb və 2 milyon fələstinli hazırda [İsrail tərəfindən] Qəzza zolağına icazə verilməyən humanitar yardımdan tamamilə asılıdır”, – hesabatda vurğulanır. (Tass)