Qəzza şəhərinin köhnə məhəlləsində yerləşən qədim Osman bin Kaşkar məscidi cümə axşamı İsrail ordusunun hava hücumları nəticəsində dağıdılıb. Bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Məscid təxminən 1220-ci ildə tikilib və Qəzza zolağındakı ən qədim arxeoloji obyektlərdən biri olub.
Oktyabrın əvvəlində İsrail hərbçiləri yaxınlıqdakı Ömər Məscidini bombalamışdı.
Münaqişə iki ay əvvəl başlayandan bəri İsrail onlarla arxeoloji abidəni və qədim tikililəri, o cümlədən məscid və kilsələri dağıdıb, Fələstin Mədəniyyət Nazirliyi qeyd edib. (Tass)