İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olan fələstinlilərin sayı 1,9 mini keçib.Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 7696 nəfər yaralanıb.
“İsrailin Qəzza zolağına davam edən təcavüzü nəticəsində həlak olanların sayı 1990-a yüksəlib, onlardan 614-ü uşaq və 370-i qadındır, 7696 nəfər isə yaralanıb”, – deyə idarənin Telegram kanalında dərc olunan bəyanatında deyilir.